Braziliya yığmasının sabiq ulduzu Ronaldinyo və qardaşı Roberto de Assis Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
Onlarla bağlı verilən həbs qətimkan tədbiri ləğv edilib.
Lakin bunun üçün “sambaçı” 90 min, qardaşı isə 110 min dollar cərimə ödəməlidir.
Qeyd edək ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla daxil olmağa çalışdığı üçün həbs edilmişdi.