Roman Abramoviçin Türkiyənin “Göztəpə” klubunun alması ilə bağlı yayılan məlumat təkzib olunub

Türkiyənin “Göztəpə” futbol klubunun İdarə Heyətinin sədr
müavini Tələt Papatya klubu rusiyalı iş adamı Roman Abramoviçin
alması ilə bağlı yayılan məlumatları təkzib edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “D-Smart Spor” telekanalı T.Papatyanın
sözlərinə istinadən bildirib.

“Klub Abramoviçə satılmayıb”, – deyə qeyd olunub.

Daha əvvəl “Çelsi”nin sahibi R.Abramoviçin türk klubunu almaq
üçün razılığa gəldiyi bildirilib.

Teqlər: