Roman Abramoviçin nümayəndəsi iş adamının Kiyevə Rusiya
Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin
intensivləşdirilməsinə yardım etmək üçün səfər etdiyi barədə
məlumatı təkzib edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Rusiya iş adamının nümayəndəsi
bildirib.
“Cənab Abramoviç Kiyevdə deyil və bu yaxınlarda da orada
olmayıb”, – deyə qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl “Fortune” jurnalı mənbələrə istinadən
yazıb ki, R.Abramoviç Rusiya Federasiyası ilə Ukrayna arasında
danışıqlar prosesinin intensivləşdirilməsinə yardım etmək məqsədilə
Kiyevə gedib.