İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Siai Marchetti 208” tipli iki təyyarə Roma şəhəri yaxınlığında havada toqquşub.
AzerTimes xəbər verir ki, qəza nəticəsində hər iki pilot həlak olub.
Hadisə təyyarələr təlim uçuşu həyata keçirərkən baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Prokurorluq faktla bağlı araşdırmalara başlayıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni hadisə ilə bağlı pilotların ailələrinə və Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə başsağlığı verib.