Roma statutunun ratifikasiyası Rusiya və KTMT-yə qarşı yönəlməyib.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Roma statutunun ratifikasiyası haqqında qərar 2022-ci ilin dekabrında, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmlərinin Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli olmadığı hamıya bəlli olanda qəbul edilib:
“Bunun ratifikasiyası Ermənistana Beynəlxalq Cinayət Məhkəməsinin ölkənin xarici təhlükəsizliyini təmin etmək imkanlarından istifadə etməyə imkan verəcək. Bu qərar Ermənistanın maraqlarına əsaslanır və ölkənin suveren hüququdur”.