Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Fransiskin hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, 2021-ci ildə Cemelli klinikasında Fransiskin yoğun bağırsağının yarısı kəsilib götürülüb.