Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə sentyabr ayında Qazaxıstanda görüşə bilərlər.
AzerTimes xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Papa Fransisk Qazaxıstandakı görüşdə Kirillə şəxsən danışmaq niyyətində olduğunu bildirib.
Həmçinin o bildirib ki, iyunun 14-nə Qüdsdə planlaşdırılan görüş qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, sentyabrda Qazaxıstanda Dünya və ənənəvi din liderlərinin VII Qurultayı keçiriləcək.