Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sağlamlıq vəziyyəti barədə məlumat verib.
AzerTimes Azərtac-a istinadən xəbər verir ki, pontifik kəskin və yoluxucu bronxit olduğunu bildirib.
“Məndə çox kəskin və yoluxucu bronxit var, amma artıq qızdırmam yoxdur. Allaha şükür, pnevmoniya deyil. Gördüyünüz kimi, mən salamatam. Həkimlər məni Dubaya getməyə icazə vermədi. Hələ də antibiotiklər və buna bənzər vasitələr qəbul edirəm. Mən profilaktik təbabəti çox sevirəm, çünki o, hadisələrin baş verməsinin qarşısını alır. Daha çox danışa bilmədiyim üçün üzr istəyirəm, amma mənim taqətim yoxdur”, – deyə Roma Papası vurğulayıb.
Qeyd edək ki, Papa Fransisk səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyəcək.