Roma Papası Fransisk Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutmasını qətiyyətlə pisləyir və danışıqlara başlamağa çağırır.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a Rusiya Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.
“Roma Papası Fransisk Donetskə edilən hücumları qətiyyətlə pisləyir və həmçinin danışıqların başlanmasını qətiyyətlə çağırır”, – Sevastyanov bildirib.
O əlavə edib ki, Roma Papası Ukraynada konfliktin dalana dirəndiyini söyləyir.
Qeyd edək ki, Ukrayna SQ-nin Donetskə bazar ərazisinə endirdiyi zərbə nəticəsində 27 nəfər həlak olub.