“Roma” 5 milyon avro cərimələndi

“Roma” 5 milyon avro cərimələndi

“Roma” klubu UEFA tərəfindən maliyyə “fair-play” qaydalarını pozduğuna görə 5 milyon avro cərimələnib.

AzerTimes xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

“Roma” klubu iyunun 30-na kimi xərcləri kompensasiya etmək üçün 28 milyon avro kapital artımı təmin etməli idi, lakin bunu edə bilmədi. Klubu daha ciddi cəza – 50 milyon avro və avrokuboklardan uzaqlaşdırma gözləyirdi”, – məlumatda deyilir.

Qeyd edək ki, başa çatan İtaliya çempionatını 6-cı pillədə başa vuran “Roma” Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Teqlər: