Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Roberto Mançini vəzifəsindən ayrılıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyası məlumat yayıb.
59 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, R.Mançini ötən il İtaliya yığmasından ayrılaraq Səudiyyə Ərəbistanı seçməsinə baş məşqçi təyin olunmuşdu.