Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fiko mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.
AzerTimes xəbər verir ki, Baş nazir Robert Fiko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.