“Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək (FOTO/VİDEO)

Azərbaycanda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva”
gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək.

Limandan AzerTimes-a bildirilib ki, hazırda Bakı Limanında gəminin
yüklənməsi operativ şəkildə həyata keçirilir. İlk səfərini
Qazaxıstanın Kurik limanına edəcək gəmi-bərə vasitəsilə 37 (TIR), 1
yük maşını, 20 minik maşınının daşınması nəzərdə tutulur. Yaxın
saatlarda gəminin Bakı Limanından yola salınması
planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin iştirakı ilə bu ilin aprelin 28-də istifadəyə verilən
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmini
otuz nəfərlik heyət üzvü idarə edir və bu gəmi-bərə ilə eyni vaxtda
100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR
daşımaq mümkündür.

Teqlər: