Ro-Pax tipli “Azərbaycan” gəmisi 2021-ci ilin “ən yaxşı gəmi-bərə”si adına layiq görülüb

Xəbər - Fərid Zöhrabov – Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə
Bakı Gəmiqayırma Zavodunda inşa edilən Ro-Pax tipli “Azərbaycan”
gəmi-bərəsi “Baird Maritime”nin təşkil etdiyi 2021- ci ilin ən
yaxşı gəmiləri siyahısında “ən yaxşı bərə gəmisi” kimi yer
alıb.

Trendxəbər ki, ötən
ilin mart ayında istismara verilən bu gəmi yükgötürmə qabiliyyətinə
görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin,
56 sistern tipli vaqon və ya 50 yük avtomobili/Tır daşımaq imkanına
malikdir.

Gəmi yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama
sistemi ( fin stabilizer) və iki ədəd dartıcı lokomotivlə də təchiz
olunub.

Teqlər: