Riyaziyyat fənnindən sualların satılması… – Nazir danışdı

Riyaziyyat fənnindən sualların satılması… – Nazir danışdı

Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları zamanı riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib.

AzerTimes xəbər ki, E. Əmrullayev bu barədə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə danışıb.

“Nazirlik bu məsələdə zərərçəkən tərəfdir. Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallardan seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. Riyaziyyat fənnindən suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Bəzi sualların ictimaiyyətə açıqlanmasını araşdırırıq.

Təhsil İnstitutu və Təhsil Nazirliyinin prosesi şəffaf keçirməməkdə günahlandırılması əsassızdır. Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq. Məqsəd təbii ki, bu deyil. Nöqsanın səbəbini araşdırmalıyıq. Səbəb odur ki, hansısa müəllim qaydaları pozub və buna görə də məsuliyyət daşıyır. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik və bu məsələni araşdıracağıq”, – deyə nazir qeyd edib.

Teqlər: