Moskva Yaponiyadan sovet kəşfiyyatçısı Rixard Zorgenin qalıqlarının Rusiyada dəfn olunması məsələsinin həllini gözləyir.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya tərəfi bu məsələnin müsbət həll olunacağını gözləyir.
Qeyd edək ki, 1895-ci ildə Bakıda anadan olmuş Rixard Zorge 1933-cü ildə sovet hərbi kəşfiyyatının tapşırığı ilə Yaponiyada məlumat toplama fəaliyyəti ilə məşğul olub.
O, Almaniyanın SSRİ-yə hücum edəcəyi xəbərini ilk öyrənən şəxslərdən olub.
1941-ci ilin oktyabrında Yaponiya əks-kəşfiyyatı tərəfindən saxlanan R.Zorge 1944-cü ilin noyabrında edam edilib.