Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar

Bu suala cavabı kassaları “Set Retail” sisteminin idarəsi altında olan ticarət şəbəkələri bilir. Məhsulun mövcud olduğu illər ərzində bu cür riteylerlərin sayı 200-dən çoxdur: Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya ticarət şəbəkələrinin Almaniya və Avstriyadakı mağazalarında.

2020-ci ildən “Set Retail” Azərbaycan riteylerləri üçün də əlçatan olub. Ticarət şəbəkələrində yerləşdirmə layihələri başlanıb, ilk müştəri “Bravo” şəbəkəsi oldu. Sistem yaradıcılar tərəfindən yerli qanunlara uyğunlaşdırılıb, kassa interfeysi Azərbaycan dilinə tərcümə olunub, tam həcmli iş üçün internet mağazalar və bank servisləri ilə inteqrasiya quraşdırılıb. “Set”in başlca üstünlüyü odur ki, məhsul özündə riteyl bazarı liderlərinin ən yaxşı təcrübəsi və ekspertizasını birləşdirir. Bəzən heç düşünülməyən bir çox proseslər sistemdə artıq qeyd olunub və riteylerə daha effektiv işləmə imkanı verir.

Biz CSI şirkəti ilə birlikdə mağazalar üçün yeni kassa həlli seçənlər və ya hazırkıları yeniləri ilə əvəz etmək istəyənlər üçün “Set Retail”in ekspert icmalını hazırlamışıq.

“Qutudan” hazır funksionallıq

Sistemin geniş baza funksionallığı riteylerə işə dərhal tam başlamaq üçün imkan yaradacaq. Buraya daxildir:

  • Kassa modulu – kassirlərin alıcıların ödənişinin həyata keçirdiyi müasir komfortlu məkan. Kassirin bütün hərəkətləri səhvlərin qarşısını almaq üçün xıradalıqlarına kimi düşünülüb. Kassirlərin öyrədilməsi zamanı qısaldılır (bir saat bəs edir), alıcılara, xüsusilə “özüyazar” sistemlərdən keçid etdikdə xidmət sürəti artır.
  • Əməliyyat günü modulu – kassirlərin, ticarət zalının administratorunun, direktor müavininin iş yeri. Burada bütün maliyyə əməliyyatları üzrə sənədlər saxlanılır, uyğunsuzluqların olmaması yoxlanılır, satışlar haqqında məlumatlar zamanında xarici sistemlərə yüklənilir.
  • Loyallıq modulu riteylerə imkan verir ki, səhmləri, kuponları və bonusları mərkəzləşdirilmiş idarə etsin, bütün satış kanallarında eyni şərtləri tətbiq etsin. Modulun quraşdırılmış alətləri müasir marketinq şöbəsinin tələblərinə cavab verir – qabaqcıl riteylerlərdən 24 növ hazır mexanizmi sonsuz sayda kombinasiya etmək olur. İnterfeys konstruktor kimi hazırlanıb və İT mütəxəssisin iştirakı tələb olunmur, aksiyanı marketoloq 10 dəqiqə ərzində quraşdıra bilər. Quraşdırmadan sonra o, avtomatik olaraq kassalarda meydana gəlir. Endirimlərin oflayn hesablanması mümkündür, yəni əlaqə kanalı olmadan belə alıcı məhsulsuz getməyəcək.
  • Çəki modulu – bütün məşhur modulların tərəzilərinə qiymətləri yükləyir. Aksiya qiymətlərini dəstəkləyir, tərəzinin yaddaşını qiymət müddəti bitmiş məhsullardan avtomatik olaraq təmizləyir ki, qiymət kağızında və kassalardakı qiymətlər hər zaman eyni olsun.
  • Həllin quruluşu. “Ser Retail” elə qurulub ki, kassalar arasında mübadiləni yoxlamaq lazım olmur. Kassa bir müddət oflayn işləyə bilər, loyallıq kartları üzrə bonuslar əlavə olunmağa davam edəcək, əlaqə bərpa edildikdən sonra kassa özü serverlə sinxronizə olacaq. İdarəetmənin rahat konsolu əlavə proqramlar quraşdırmadan kassanı tamamilə idarə etməyə imkan verir.

Tətbiqdən dərhal sonra riteyler rahat idarəetmə, alıcılara xidmətin sürətlənməsi, eləcə də alıcıların loyallığının yüksəldilməsi məqsədilə marketinq tədbirlərinin keçirilməsi üçün lazım olan hər şeyi əldə edir.

Sistemin İT üçün üstünlükləri

Ticarət şəbəkəsinin İT direktorunun diqqətini nəyə yönləxdirməli olduğunu xüsusi qeyd edək

  • “Set Retail” dünya istehsalçılarının istənilən kassa avadanlığında işləyir. Onu mövcud olan İT landşafta quraşdırmaq rahatdır, ticarət şəbəkəsinin digər daxili sistemləri ilə asanlıqla inteqrasiya olur. Hazır inteqrasiya modulları, prosessinqin qoşulması üçüm plaqinlər, açıq API var.
  • Yüksək iş sürəti, sadə interfeys və müştəriyə uyğun fərdi tənzimləmə.
  • Avadanlıqların, əməliyyatların, loyallıq sistemləri və ticarət şəbəkəsinin mərkəzləşdirilmiş idarəetməsi. Bir mühəndisin gücü ilə 1-2 gün ərzində 9000 kassalıq şəbəkə yenilənir.
  • 2 növ quruluş tipi hesabına mağazada serverlərin istifadə olunmasına ehtiyac qalmır. 9000 kassa 1 serverin idarəsində olur. Bu, sistemin işləyən tətbiqlərndən biridir.
  • Daxildə sadəcə ödənişsiz komponentlərdir (Linux, PostgreSQL). Lisenziyalardan qənaət (kassa kompüterləri üçün əməliyyat sistemləri və antiviruslar) il ərzində on minlərlə manat təşkil edə bilər.
  • Hər ay sistemin yeni imkanları ilə bağlı buraxılışlar çıxır, bütün dəyişikliklər, həmçinin qanunvericiliklə bağlı olanlar da müştəri üçün ödənişsizdir.
  • Set ESB məlumat şini kassalara tez və kəsintisiz olaraq məlumat kitabçalarını yükləməyə və istənilən həcmdə şəbəkələrdə satışlar barədə məlumatarı əldə etməyə imkan verir. Bu, üfüqi miqyaslama texnologiyaları üzərində qurulub və ticarət şəbəkəsinin böyüməsi təqdirində İT infrastukturunun zəif zəncirinə çevrilməyəcək.
  • Xarici sistemlərlə hazır inteqrasiya: 1S: Ticarətin idarə olunması, ASTOR: Ticarət şəbəkəsi; 1S: Kompleks avtomatlaşdırma, 1S-Rarus: Ticarət kompleksi, SAP və s.
  • İT xərclər azaldılır – mərkəzləşdirmə kassa həllərinin dəstklənməsi xərclərinə 30-80% qənaət edir.

Biznes üçün “Set Retail” – riteylerin xərclərinin azalması və biznesin inkişafı üçün tətbiq olunmuş alətlər.


Hər tətbiq layihəsi özü ilə riteyler üçün sürətləndirilmiş xidmət və qənaət gətirir, sadəcə nəyi gücləndirmək və ya hansı “xüsusiyyəti” tətbiq etmək lazım olduğu seçilməlidir. Tərtibatçılar “Set”ə xərcləri azaltmaq, biznesi inkişaf etdirmək və alıcıları cəlb etmək üçün lazım olan alətləri, parametrləri və servisləri quraşdırırlar.

CSI saytında nümunələr çoxdur – bunlar həcm və mövzuya görə fərqli olan 1-2 kassalıq şəbəkələr, regional və federal, hipermarket və mağazalardır. 2021-ci ilin əvvəllərində “Qlobus” ticarət şəbəkəsinin “Set Retail”ə keçməsi hətta “GlobalCIO” İT cəmiyyətinin versiyasına görə ən yaxşı reteyler layihəsi olub. Bu, fərdiləşdirilmiş xarici sistemlərin əvəz olunması ilə çətin və maraqlı layihə idi.

Sürətli kassadan daha artıq. “Set” məhsulları ailəsi

  • Birincisi, xərclərin optimallaşdırılması üçün alətlər yuxarıda sadaladığımız bütün “modullar”ın daxilində var.
  • Bundan başqa, sistem bütöv məhsul və xidmət çeşidlərinə giriş imkanları açır, onlardan da hər biri xüsusi məsələləri həll edir və vəsaitlərə qənaət edir. “Set Kit” müştəriləriun sifarişləri ilə işə, “Set Omni” omnikanal loyallığa görə cavabdehlik daşıyır. “Set Robot” daxili sistemlərdə məlumatları izləyir, “Set Galya” çat-botu kassirə imtiyazlı əməliyyatlarda kömək edir. “Set Mark” xidməti perspektivdə faydalı ola bilər. O, şəbəkə üzrə markalanmış məhsulun dövriyyəsini izləyərək pozuntu və cərimələrin qarşısını alır. “Set Prisma” videotəhlil sistemi kassirlərin oğurluq və səhvlərini müəyyən edərək kassalarda itkiləri azaldır.

Potensial qənaət nədən yaranır

Riteyler “Set Retail”i tətbiq etdikdən sonra sistemin yeni imkanları və alətlərini qoşmuş olur, və qənaət tam fərqli aspektlərdən yaranmağa başlayır. Sahibkarlığın ümumi qiyməti aşağı düşür, işçi heyəti və sərf olunan materiallara qənaət olunur, kassaların ötürücülük qabiliyyəti yüksəlir və s. Ticarət şəbəkələrinin təcrübəsindən çıxış edərək iqtisadiyyatın əsas maddələrindən nümunə göstərmək olar.

  • Alıcılara xidməti 3-40% sürətləndiririk – deməli, daha çox xidmət edirik və dövriyyəni yüksəldirik (əlavə əmək xərcləri sərf etmədən və əvvəlki avadanlıqda).
  • Maliyyə itkilrini aradan qaldırırıq, kassalarda səhvlər və fırıldaqları aşkara çıxarırıq. İtkiləri azaldırıq, daxili sistemlərdəki səhvləri aradan qaldırırıq.
  • Elektron “Galya”nı işə götürürük (“Set Galya” xidməti kassada imtiyazlı əməliyyatları məsafədən həyata keçirmək üçün) – işçilərin onlarla saat vaxtına qənaət edirik.
  • Yeni gəlir mənbələrini qoşuruq. Sistemin açıqlığını və “Set Retail”in imkanlarını nəzərə alaraq daxili və xarici xidmətləri qoşmaq asandır: komissiya ticarəti, hüquqi şəxslərlə ticarət, müxtəlif ödəmə vasitələri (QR kodla, kriptovalyuta ilə və hətta üzlə), partnyorların bonuslarının ödənilməsi. Plaqin sistemi inteqrasiya prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır.
  • Müştərilərin sifarişləri ilə işləmək üçün “Set Kit” servisi vasitəsilə, onlayn və oflayn kanallar üçün loyallıq proqramının vahid şərtlərdə tətbiqini təmin edən “Set Omni” vasitəsilə onlayn alış-verişi inkişaf etdiririk.
  • Perspektivdə elektron çeklərə keçmək olar. Bu, sadəcə ekologiyanın qayğısına qalmaq deyil, kassa avdanlığına və onun xidmətinə düşən yük də azalır.
  • Kassaya ikinci ekranı qoşmaq və alıcı ilə əlavə əlaqə kanalı yaratmaq mümkündür, reklam göstərmək, onun konversiyasından və yerləşdirilməsindən gəlir əldə etmək. Çeklər və endirim kuponlarında da partnyorların reklamını yerləşdirmək mümkündür.

Tanışlıq məqaləsi hər şeyi detallı izah etməyə imkan vermir, lakin hər bənd üzrə riteylerlərin təcrübəsindən konkret nümunələr və iqtisadi hesabatlar var.

Gəlin hesablayaq ki, riteylerlər “Set Retail” vasitəsilə nə qədər qənaət edə bilər?

Sorğunuzu CSI saytına göndərin, şirkətin mütəxəssisləri sistem və layihənin tətbiqi haqqında məlumat verməkdən məmnun olacaq.

www.crystals.ru

Teqlər: