AccessBank-ın “Retail Bankers School” (Retail Bankirlər Məktəbi)
layihəsinin məzunları Bankın əməkdaşları qismində fəaliyyətə
başlayıblar. Onlardan 2-si Bankın region – Qazax və Salyan, digər
12 nəfəri isə Bakı şəhəri üzrə müxtəlif filiallarında işləyir.
Aytən İsmayılova:”Azərbaycan Dövlət İqtisad Universitetində
Biznesin təşkili üzrə magistr təhsili alıram. “Retail Bankers
School” haqqında elanı AccessBank-ın sosial media hesabında gördüm,
müraciət etdim. İxtasasıma uyğun sahədə işləməyi çoxdan
arzulayırdım. Ona görə tədris və təcrübə dönəmində əlimdən gələni
etdim ki, seçilənlər sırasına düşə bilim. Artıq Azadlıq filialında
işləməyə başlamışam. İnanıram ki, Bankda daha böyük uğurlarım hələ
qabaqdadır.”
Mustafa Mustafayev:” Bakı Dövlət Universitetinin məzunuyam. İş
axtarışında idim. Xəbər saytında AccessBank-da layihənin
başladığını oxudum. Müraciət etdim, seçildim, proqramda iştirak
etmək üçün Bakıya çağırdılar. Layihə ərzində bankçılıq haqqında
təlimlərdə iştirak etdim, müxtəlif filiallarda təcrübə keçdim. İndi
doğma Qazaxda – Bankın region filialında fəaliyyətə başlamışam.
Belə layihələr region gəncləri üçün də stimul olur. 3 aylıq
bankçılıq təlimi keçməklə elə öz rayonunda da işlə təmin
olunursan.”
AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə
sadiqdir. Bank tarixi boyu təcrübəsiz, yeni məzun olmuş gənclərin
yanında olub. Hazırda AccessBank-da rəhbər vəzifələrdə çalışan
əksər əməkdaşlar Banka heç bir təcrübələri olmadan, universitetdən
yeni məzun olaraq gəliblər. Burada püxtələşib,
professionallaşıblar. “Retail Bankers School” (Retail Bankirlər
Məktəbi) layihəsinin əsas məqsədi də gəncləri bankçılığa cəlb
etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın
səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və
qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29
filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə
mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az
saytına, və ya bankın sosial media hesablarına (Facebook,
Instagram,
LinkedIn)
daxil olmaq olar.