Rişi Sunak Britaniya baş nazirliyinə namizəd oldu

Rişi Sunak Britaniya baş nazirliyinə namizəd oldu

Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar partiyasının lideri və baş naziri postu uğrunda mübarizəyə başlayıb.

AzerTimes xəbər verir ki, 42 yaşlı siyasətçi bunu Tviter hesabında elan edib.

“Böyük Britaniya böyük ölkədir, lakin biz dərin iqtisadi böhran keçiririk. Ona görə də mən Mühafizəkarlar partiyasının lideri və sizin gələcək Baş naziriniz postuna namizədliyimi irəli sürürəm. İqtisadiyyatımızdakı problemləri həll etmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət göstərmək istəyirəm”, – Sunak bildirib.

Onun seçki kampaniyasında rəqibləri Britaniya parlamentinin İcmalar Palatasının lideri Penni Mordont və sabiq baş nazir Boris Consonun olacağı gözlənilir. Namizəd parlament səsverməsinin növbəti raunduna keçmək üçün fraksiyadakı 357 həmkarının 100-dən çoxunun səsini toplamalıdır. Rişi Sunak hələlik bu səddi adlayan yeganə namizəddir. Boris Conson 57 deputat tərəfindən açıq şəkildə dəstəklənib. Penni Mordont isə mühafizəkarın parlamentdəki fraksiyasının 23 üzvünün dəstəyini alıb.

Teqlər: