RİA Azərbaycanda blokdan çıxarılır?

RİA Azərbaycanda blokdan çıxarılır?

Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfəri zamanı iki ölkə arasında “Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması, o cümlədən “RİA Novosti” agentliyində separatçı-terrorçu tör-töküntüsü Bqlaryanın irad tutulan son müsahibəsinin silinməsi Rusiyanın dövlət agentliyinin Azərbaycanda blokdan çıxarılacağı haqda müzakirələrə səbəb olub.

Bununla bağlı AzerTimes-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, “RİA Novosti” İnformasiya Agentliyinin internet saytına giriş məhkəmənin 07.06.2022-ci il tarixli müvafiq qətnaməsi əsasında məhdudlaşdırılıb:

“Mövcud qanunvericiliyə əsasən məhkəmə qərarı yalnız yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilə və ya ləğv edilərək yeni qərar çıxarıla bilər. Bununla əlaqədar olaraq “RİA Novosti” İnformasiya Agentliyinin internet saytının blokdan çıxarılması yalnız yuxarı instansiya məhkəmələrinin qərarı ilə mümkündür”,- nazirlikdən qeyd edilib.

Teqlər: