Reznikov yeni silahlardan danışdı: Düşməni kor edəcək…

Reznikov yeni silahlardan danışdı: Düşməni kor edəcək…

Yaxın vaxtlarda Ukraynaya yeni silahların, xüsusən də anti-radar raketlərinin tədarükü baş tutacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“ABŞ tərəfindən 270 milyon dollarlıq paket elan edilib ki, biz əlavə dörd HİMARS və xüsusi antiradar raketləri alacağıq. Bu, düşmənin radar sistemini effektiv şəkildə məhv etməyə, mahiyyətcə kor etməyə imkan verəcək. Bunun nəticəsində sonradan əks-hücum üçün üstünlük əldə etmək imkanı qazanacağıq”, – Reznikov bildirib.

Teqlər: