Ukrayna uzaqmənzilli raketlərlə Rusiya ərazisinə hücum etməyəcəyinə zəmanət verməyə hazırdır. Müvəqqəti işğal olunmuş ərazilərdə kifayət qədər hədəflər var.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
“Əgər 300 km məsafəyə zərbə endirmək imkanımız olsaydı, rus ordusu müdafiəni təmin edə bilməyəcəkdi və məğlub olmaq məcburiyyətində qalacaqdı”, – deyə nazir bildirib.