Növbəti yayda Ukrayna müharibədə qələbə qazanacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikov CNN-ə müsahibəsində bildirib ki, NATO-nun 2024-cü il sammitinə Ukraynanın Alyansa qəbulu üçün imkan kimi baxır:
“Ola bilər ki, bu, Ukrayna üçün çox vacib gün olacaq. Bu, hər halda mənim proqnozumdur”.
Nazirin sözlərinə görə, müharibə bitəndən sonra Ukraynanın NATO-ya üzvlüyü alyansın özünün marağında olacaq:
“Ona görə ki, biz NATO və Avropanın şərqində əsl qalxan olduq. Ukrayna rusları necə saxlamaq, onları necə məğlub etmək, NATO silahları ilə necə davranmaq lazım olduğu ilə bağlı real döyüş təcrübəsi əldə etdi”.