Ukraynanın müdafiə naziri Aleksey Reznikov Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı nazir məlumat yayıb.
O, Ostinlə Kiyevin əks-hücum əməliyyatı və Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialının gücləndirilməsi məsələlərini müzakirə edib.
Ukraynanın müdafiə naziri Pentaqonun rəhbəri ilə Rusiyadakı hadisələri də müzakirə edib.