Hazırda Prezident Vladimir Zelenski ilə istefam haqda müzakirələr aparmırıq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikov bildirib ki, Zelenski ilə danışıqların 95%-i təhlükəsizlik və müdafiə qüvvələrinin təminatına aiddir:
“O, dəqiq bilir ki, mən bu vəzifəni istəməmişəm. Əksinə, mən onu bu təyinatdan çəkindirdim. O bilir ki, mən nə və nə qədər iş görürəm. Həmçinin, başqa bir mühüm layihəni həvalə etsə, məmnuniyyətlə razılaşacağam”, – Reznikov bildirib.