Aleksey Reznikov Ukraynanın müdafiə naziri vəzifəsindən istefa ərizəsini Ali Radaya təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Hesabata hazırıq. Sərəncamı yerinə yetiririk”, – Reznikov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini təsdiqləyib.