Dövlət İmtahan Mərkəzi sentyabrın 26-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib
AzerTimes-ın Dövlət İmtahan Mərkəzinə istinadən verdiyi məlumata görə, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlayıb. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd: Bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötən ilki imtahan neticesine görə, 509 nəfər ise bu ilki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.