Rezidenturaya boş qalan yerlərə ixtisas seçimi elan edildi

Rezidenturaya boş qalan yerlərə ixtisas seçimi elan edildi

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən, eləcə də Tibb Universitetinin hərbi tibb fakültəsini bitirmiş namizədlərə müraciət edib.

Mərkəzdən AzerTimes-a bildirilib ki, sentyabrın 15-i saat 15:00-dan 19 sentyabr 2022-ci il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə ixtisas seçimi elan edilir.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 437 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 13 nəfəri müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

Aşağıda boş qalan plan yerləri təqdim olunur.

2022/2023-cü TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ QƏBUL APARILAN İXTİSASLAR

Azərbaycan Tibb Universiteti
311114 Anesteziologiya-reanimatologiya 3
311122 Ümumi cərrahiyyə 1
311244 Psixiatriya 1
311252 Nevrologiya 1
311325 Dermatovenerologiya 1
311366 Narkologiya 1
311439 Ailə təbabəti 1
Naxçıvan Dövlət Universiteti
361173 Psixiatriya 1
361221 Nefrologiya 1
361287 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 1
361376 Laboratoriya işi 1

QEYD 1. * – işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2022, səh.4-7) müvafiq olaraq aparılır.

QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolmuşdur.

Bu müddət ərzində həm də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün

//eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından aşağıda göstərilən plan yerləri üzrə ixtisas seçimi aparılır.

Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemi üçün)
358111 Anesteziologiya-reanimatologiya 5
358128 Ümumi cərrahiyyə 4
358136 Neyrocərrahiyyə 1
358144 Ürək- damar cərrahiyyəsi 1
358152 Travmatologiya- ortopediya 2
358169 Oftalmologiya 1
358177 Psixiatriya 2
358185 Daxili xəstəliklər 2
358193 Dermatovenerologiya 1
358217 Şüa diaqnostikası 2
358225 Yoluxucu xəstəliklər 1
358233 Sosial gigiyena və səhiyyənin təşkili 2
358241 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 1

Teqlər: