Xəbər - Humay Ağacanova – Trend:
Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulub) yerdən ibarət olub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Aşağıda boş qalan plan yerləri təqdim olunur.
Qəbul aparılan ixtisaslar
Azərbaycan Tibb Universiteti |
|||
311269 |
Daxili xəstəliklər |
1 |
|
311382 |
Fizioterapiya və tibbi bərpa |
1 |
|
311658 |
Gigiyena |
1 |
|
311666 |
Epidemiologiya |
1 |
|
*311593 |
Sosial gigiyena və səhiyyənin təşkili |
1 |
|
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu |
|||
313326 |
Narkologiya |
2 |
|
313423 |
Gigiyena |
1 |
|
Naxçıvan Dövlət Universiteti |
|||
361116 |
Anesteziologiya- reanimatologiya |
2 |
|
361124 |
Ümumi cərrahiyyə |
2 |
|
361173 |
Psixiatriya |
1 |
|
361246 |
Hematologiya |
1 |
|
361287 |
Ftiziatriya |
1 |
|
361368 |
Neonatologiya |
1 |
Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 oktyabr 2021-ci il saat 11:00-dan 19 oktyabr 2021-ci il saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.