İrəvandakı reytinqimiz heç 30 faizə çatmır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu səbəbdən də sentyabrda mer seçkiləri keçirilməyəcək:
“Vitse-mer Tiqran Avinyanın səylərinə baxmayaraq, sentyabrda şəhər seçkiləri olmayacaq. Çünki indi erkən seçkilər intihara bənzəyir”.
Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.