“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “ekzit-poll”un nəticələrini açıqlayıb.
AzerTimes xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92,60 faizinin səsini qazanıb.
Mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “ekzit-poll” keçirib. Prosesdə ümumilikdə supervayzer və intervyüer qismində 300 nəfərə yaxın əməkdaş iştirak edib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyev mübarizə aparıb.