Ermənistandan gələn revanşistlər Qarabağ ermənilərini təşkilatlandırır.
AzerTimes xəbər verir ki, İrəvanda aksiyalar keçirən “Müqavimət” hərəkatının üzvləri “Ermənistan” fraksiyasının fəalı İşxan Saqatelyanın rəhbərliyi ilə 21-23 iyun tarixlərində Xankəndidə olub.
İki gün ərzində separatçı-terrorçu rejimə “müxalif” qüvvələrlə görüşlər keçirilib, onların təşkilatlanması, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın nəzarətinin bərpa edilməsi perspektivinə qarşı mübarizə aparılması ilə bağlı müzakirələr gedib.