Revanşist qüvvələrə tövsiyəmiz odur ki, yanlış yolla getməsinlər – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Postmünaqişə dövründə Ermənistanda hər hansı revanşist çağırışlar edən qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, imzalanmış sənədlərin icrası labüddür: “Yalnız imzalanmış sənədlərin icrası ilə region üçün stabillik proqnozlaşdırıla bilər və insanların həyatının təhlükəsizliyini təmin etmək mümkündür” .

Teqlər: