Revanşist iddialar Ermənistanı məhvə apara bilər – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanda bəzi məlum və yaramaz qüvvələrin hazırkı fəaliyyəti onların ekstremist ruhu və cəllad xisləti ilə bağlıdır. Bu səbəbdən qızışdırıcı mövqe sərgiləyirlər, insanları revanşa səsləyirlər, mənasız bəyənatlar verirlər. Halbuki, həmin qüvvələr öncə öz xalqının qatilləridir, Ermənistandakı 1 mart qətliamının, qırğınının əsas təşkilatçılarıdır. Faşist ruhlu bu təbəqə bu gün də əlindən gələn bütün yaramazlıqları edir ki, bölgədəki vəziyyət yenidən gərginləşsin, populist düşüncələr ictimai rəyə reallıq kimi sırınsın, növbəti təxribatlar reallaşsın.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, birinci Qarabağ müharibəsindəki qanlar, qətllər, işgəncələr də bu yaramaz ünsürlərin, hərbi canilərin üzərindədir:

“Məhz onların birbaşa tapşırıqlarından sonra böyükhəcmli cinayətlər törədilib. Amma indi həmin siyasətçilər Ermənistanda keçirdikləri absurd mətbuat konfranslarında, verdikləri populist bəyənatlarda özlərini elə təqdim edirlər, elə danışırlar, elə mələk siması alırlar, sanki heç nədən xəbərləri yoxdur. Fəqət, erməni vandalizminin bariz sübutu olan məlum cinayətlər yaxın keçmişdə baş verib, şahidlər də çoxdur. Bilən də bilir ki, hazırda revanşizm təbliğatı aparan həmin yaramaz ünsürlər necə cəllad ruhludur, necə faşistdir. Eyni zamanda Ermənistanın bəzi populist və urvatsız siyasətçiləri hazırda “heç nədən qorxmaq lazım deyil” deməklə bir daha göstərirlər ki, öz riyakar məqsəd və məramlarını həyata keçirmək üçün hətta mənsub olduqları xalqı da güdaza verməyə hazırdırlar.

Hazırda revanşist ruhda danışanlar həm Ermənistandakı həm də Qarabağdakı vəziyyəti dəyişmək arzularını bildirirlər. Ermənistanla bağlı xüsusi şərh verməyəcəm, daxili işləridir. İstəyirlər dalaşsınlar, istəyirlər qırsınlar bir-birilərini. Fəqət, Qarabağdakı vəziyyətlə bağlı qərarları biz veririk, Azərbaycan verir. Çünki qalib bizik, Qarabağ Azərbaycanındır və bundan sonra da daim belə olacaq. Bu reallığı artıq hamı və hər kəs dərk etməlidir! Ermənilər Azərbaycanın dəmir yumruğunu öz başları üzərində növbəti dəfə görmək, növbəti dəfə darmadağın, məhv olmaq istəmirlərsə, bundan sonra hər məqamda Azərbaycanın diqtə etdiyi şərtlərə tabe olmalıdırlar”.

Teqlər: