Restoranlarla bağlı deputatdan təklif – İş rejimi iki hissəyə bölünsün

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda restoranlarda iş rejiminin iki hissəyə bölünməsi ölkədə 400 minə yaxın yeni iş yerinin yaranmasına səbəb ola bilər.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin bu gün keçirilən iclasında deyib.


O qeyd edib ki, Azərbaycanda restoranlarda, kafelərdə iş rejimi səhər saat 10-dan axşam saat 12-yə qədər davam edir və eyni adamlar çalışır. S.Möhbalıyev vurğulayıb ki, həmin iş rejimləri iki hissəyə bölünsə, yeni iş yerləri yarana bilər.

Teqlər: