Restoranlarda “depozit” tələbi qanunidir?

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycanda bir çox restoran depozit əsasında fəaliyyət göstərirlər. Belə ki, müştəri nə sifariş verməsindən asılı olmayaraq restoranın minimum məbləğini ödəməlidir. Bu məbləğ isə restorandan aslı olaraq 50 manatla 300 manat arasında dəyişir. Bu hesaba yemək və şou daxildir. Bu qayda bəzi müştərilərin ciddi narazılığına səbəb olur.

Belə depozitlər əsasən bayram günlərində, həftəsonu, günün ikinci yarısında tətbiq edilir. Bəzi restoran rəhbərlikləri Trend-ə bildiriblər ki, bu addım normal qazanc əldə etmək üçündür.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Trend-ə bildirib ki, bu hal qanunla tənzimlənmədiyindən restoranlar belə hallardan sui-istifadə edirlər.

O qeyd edib ki, müştərilər əvvəlcədən məcbur edilə bilməz. Çünki bu heç bir qanunda yazılmayıb.

Eyyub Hüseynov bildirib ki, restoranlar haqqında qanun hazırlanmalı və bütün bunlar orda öz əksini tapmalıdır.

Teqlər: