Restoranda nişan mərasimi dayandırılıb, bir neçə nəfər cərimələnib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəlib və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Teqlər: