Rəşt-Astara dəmir yolu xətti bu tarixdə tikiləcək

Rəşt-Astara dəmir yolu xətti bu tarixdə tikiləcək

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xətti 2027-ci ildə tikiləcək.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya baş nazirini müavini Andrey Belusov deyib.

“Müqaviləyə əsasən, tikinti 4 il çəkməlidir. Artıq layihələndirmə və geoloji kəşfiyyat işləri aparılır. Biz planlaşdırırıq ki, 2027-ci ilin III rübündə və ya 2027-ci ilin sonuna qədər bütün işlər tam başa çatdırılmalıdır”.

Belousov bildirib ki, bu marşrutun tətbiqi üçün çox fəal iş gedir.

“Hər şey yaxşı gedir və biz 2030-cu ilə qədər bu istiqamətdə daşımaların həcminin 10 milyon tona çatacağına inanırıq”, – deyə rəsmi bildirib.

Teqlər: