Ağ Ev ABŞ qanunvericiləri ilə qarşılıqlı əlaqəni gücləndirir. Vaşinqton ABŞ-ın sərhəd təhlükəsizliyini gücləndirməklə yanaşı, Ukrayna və İsrailə hərbi yardım göstərəcək ikitərəfli razılaşma əldə etməyə çalışır.
AzerTimes xəbər verir ki, bunu demokrat senator Kris Mörfi deyib.
Mörfinin sözlərinə görə, respublikaçıların tələbləri əsassızdır:
“Onlar hərbi yardımı ABŞ-ın sərhəd təhlükəsizliyi tədbirləri ilə əlaqələndirməklə dünyanın təhlükəsizliyi ilə oyun oynayırlar. Ağ Ev bu həftə daha aktiv olmağa hazırlaşır”.