Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)

Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Veteran hərakatına 44 günlük Vətən müharibəsi iştirakçılarının cəlb edilməsi, bilik və bacarıqlarından gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadəsi, respublikamızın çiçəklənməsi, xalqımızın birliyinin əbədi olması tədbirin qayəsini təşkil edib.

Görüşdə çıxış edən RVT-nin sədri, II Dünya müharibəsi iştirakçısı Fatma Səttarova 44 günlük Vətən müharibəsinin qəhrəmanlıqla tarixə yazdığımızı bildiridi: F.Səttarova: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan xalqı tarixin bütün mərhələlərindən alnı açıq çıxmağı bacarıb, mərdliyi qəhrəmanlığı təcəssüm etdirib. II Dünya müharibəsində 600 mindən çox oğul və qızlarımız döyüşüb, faşizm bəlasından dünyanın azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Ədalətin, sülhün dünyada bərpa edilməsində azərbaycanlı adını iftixarla daşıyıblar”.

Təşkilatın sədri həmçinin Vətən müharibəsindən sonra başlamış və əzlə davam etdirilən quruculuq işlərininin Respublikmızın iqtisadiyyatına və hərbi potensilalının daha da yüksəlməsinə səbəb olacağını bildirdi. Müzəffər Azərbaycan ordusu hər zaman düşmənin istənilən mənfur təxribatının qarşısının alacağına və layiqli cavab verə biləcəyinə əminlik ifadə etdi.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilat və onun həyata keçirdiyi təbirlər haqqında məlumat verdi. C.Xəlilov: “44 günlük Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir”.


Təşkilatın sədr müavini hər bir veteranın, müharibə iştirakçısının sağlamlığının və maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, yaralıların reabilitasiyası, şəhidlərimizin xatirəsinin əbədi yaşadıması, onların ailələrinin maddi durumunun daim diqqət mərkəzində saxlanılması və yaxşılaşdırılması üçün prezident İlham Əliyevin son dövrlərədə imzaladığı fərman və sərəncamlar, ayrı ayrı dövlət qrumlarının bu istiqamətdə həyata keçirdikləri tədbirləri Vətən müharibə iştirakçılarına verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Bütün bunların Vətən yolunda mərdlik, rəşadət nümayiş edirən hər bir kəsin unudulmayacağına, əksinə əbədi yaşayacağına əyani sübut olduğunu bildirdi.

C.Xəlilov veteranın, qazinin bundan sonrada vətən üçün xidmət edəcəyinə, ürəklərinin vətənlə birgə döyünəcəyinə inamının sonuz olduğunu bildiridi. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldiləməsində, Azərbaycan xalqının birliyinin daim olmasında veteranların, müharibə iştirakçısının təcrübəsinin xüsusi önəm daşıdığını vurğuladı.

44 günlük Vətən müharibəsinin iştirakçı çavuş Elçin Əhmədov çıxışında qəhərmanlıq tariximizin bir hissəsi olmaqdan qürürla danışdı. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azad olması və qələbə olduğunu diqqətə çatdırdı. O, həmçinin əminliklə bildirdi ki, bundan sonrada dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarılmayacaq, qələbə əzmimiz bitməyəcəkdir. E.Əhmədov: “Müharibə iştirakçisının, veteranın, qazinin müharibədən sonra da tək bir amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası olsun, istərsə də digər sahələrdə bizim dəmir yumruğumuz getdiyimiz yolları işıqlandıracaq, vətən, millət təssübkeşliyimiz gücümüzə güc qatacaqdır. Hər birimiz, veteran, qazi adını fəxrlə daşıyacaq, ölümləri ilə ölmsüzlük qazanan, şəhid olan qardaşlarımızın adlarını yaşadacaq, əbədiləşdirəcəyik. Biz ön cəbhədə qəhrəmanlıq dastanı yazdıq, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütün Azərbaycan xalqının vətənpərvərliyi, qətiyyəti, əzmi və iradəsi ilə bunlara nail olduq”.

Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəkləri, üzərilərinə düşən işin icrasına məsuliyyətlə yanaşacaqlarına əminlik ifadə etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Teqlər: