Xəbər - Humay Ağacanova – Trend:
Respublika üzrə pensiyaların fevralın 15-də tam ödənilərək
yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Bildirilib ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq
olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının
pensiyası ilə birgə ödəniləcək.
“Bundan başqa, cari il üzrə verilməsi nəzərdə tutulan 200 manat
maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral
ayınının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli
şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları
ödəniləcək”, – deyə məlumatda qeyd olunub.