Respublika üzrə mart ayının pensiya ödənişi yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə mart ayının pensiya
ödənişini yekunlaşdırıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, martın 10-da
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə
ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə
güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları
vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə
bilərlər.

Teqlər: