Respublika üzrə fevral ayının pensiya ödənişi bu gün tam yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya
ödənişini yekunlaşdırıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron
rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan
şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə pensiya təyin
edilmiş pensiyalar ödənilib.

Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq
olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral
ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200
manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral
ayının pensiyasının üzərinə əlavə olunub.

Teqlər: