Respublika QİÇS-lə Mübarizə Mərkəzi tibb müəssisələrinin rəhbərləri üçün seminar keçirib (FOTO)

Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) əməkdaşları tərəfindən tibb müəssisələrinin rəhbərləri üçün seminar keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən RQMM-nin direktoru Famil Məmmədov insan sağlamlığı üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınmasına, əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırıb. O, COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında danışıb. RQMM-nin direktoru həmçinin respublikamızda İİV-ə testləşmənin aparılmasının vacibliyini, müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini, QİÇS-lə bağlı ölüm hallarının azalmasını və İİV-lə yaşayan insanlara qarşı ayrıseçkilik hallarının qarşısının alınması üçün hər cür şərait yaradıldığını qeyd edib.

Öz çıxışında RQMM-nin direktor müavini Səbinə Babazadə İİV/QİÇS-lə mübarizədə Səhiyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Vərəm, HİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində xidmət göstərən qeyri-hökümət təşkilatları Səhiyyə Nazirliyi və onun strukturu olan RQMM ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, UNAIDS, WHO, UNICEF, INDP və digər beynəlxalq təşkilatlarla ortaq fəaliyyət davam etdirilir.


Tədbirdə həmçinin RQMM-nin Epidemiolojı nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev “Azərbaycanda İİV-infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri” Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcüd çətinliklər”, mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyeva “İİV/QİÇS-lə bağlı müalicə və profilaktika tədbirləri” mövzularında təqdimatlarla çıxış ediblər.

Teqlər: