Rəsmi Tehran: Taliban hökumətini tanımırıq

Rəsmi Tehran: Taliban hökumətini tanımırıq

İran Əfqanıstandakı Taliban hökumətini tanımır.

AzerTimes İRNA-ya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Biz Əfqanıstanın hazırkı hakim orqanını tanımırıq və Əfqanıstanda inklüziv hökumətin qurulmasının zəruriliyini vurğulayırıq. Çünki Taliban Əfqanıstan reallığının bir hissəsidir, hamısı deyil. Biz Əfqanıstanda inklüziv hökumətin formalaşmamasından narazıyıq, Əfqanıstanın hazırkı hakim orqanına açıq şəkildə bildirmişik ki, biz Əfqanıstanın indiki hakim orqanını tanımırıq”, – Əmirabdullahiyan bildirib.

Qeyd edək ki, İran və Taliban hökuməti arasında münasibətlər Rəisinin su ilə bağlı açıqlamasından sonra daha da gərginləşib.

Teqlər: