BMT, Rusiya, Ukrayna və Türkiyə arasında imzalanan taxıl dəhlizi sazişini alqışlayırıq.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Fransa hökuməti Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək məqsədi daşıyan və Birləşmiş Millətlər Təşkilatının himayəsi altında imzalanan müqaviləni yüksək qiymətləndirir. Bu sazişin icrasını diqqətlə izləyəcəyik”, – bəyanatda bildirilir.