Rəsmi Kiyevdən İranla bağlı şok çağırış

Rəsmi Kiyevdən İranla bağlı şok çağırış

Dünya ictimaiyyəti boş sanksiyalar əvəzinə İranın silah zavodlarını məhv etməyə və komponentlərin tədarükçülərini həbs etməyə başlamalıdır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

O qeyd edib ki, İran Rusiyaya silah tədarükünün həcmini artırmağı planlaşdırır. Podolyakın fikrincə, bununla Tehran bütün beynəlxalq sanksiyalar institutunu cəsarətlə aşağılayır.

“İşləməyən sanksiyalar” anlayışından, BMT-nin “işləməyən qətnamələr”indən imtina edərək, daha dağıdıcı vasitələrə – istehsal müəssisələrinin məhv edilməsinə və təchizatçıların həbsinə keçmək vacibdir”, – o, Tvitterdə yazıb.

Teqlər: