Rəsmi Kiyevdən çağırış: Cənub istiqamətində…

Rəsmi Kiyevdən çağırış: Cənub istiqamətində…

Ölkənin cənub istiqamətində hərbi əməliyyatların gedişi ilə bağlı məlumatları diqqətlə yoxlamağa, habelə daxili məlumat və subyektiv fikirləri yaymamağa çağırırıq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak söyləyib.

“İstəklərimizi və arzularımızı başa düşürəm. Amma yenə də hər hansı hərbi hərəkətlərimizlə bağlı ehtiyatlı şərh formatından çıxış etməyi təklif edirəm. Odur ki, fürsətdən istifadə edərək, bütün siyasətçilərə, ekspertlərə rəsmi bəyanatlardan əvvəl hərbi əməliyyatların gedişi ilə bağlı manipulyasiya və spekulyasiya etməməyin vacibliyini bir daha xatırladıram”, – Podolyak vurğulayıb.

O qeyd edib ki, rəsmi açıqlamalardan əvvəl supersensasiyalı bəyanatlar üzərində işləməyə ehtiyac yoxdur.

Teqlər: