Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna XİN bəyanat yayıb.
“Bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”, – bəyanatda bildirilib.