“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın
Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və
iftira xarakterli bəyanatını qətiyyətlə rədd edirik”
“İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki,
Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin
Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq
pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın
ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir
milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz
evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür
beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib”, – XİN-dən
bildirilib.
AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Rəsmi Bakının Ermənistan XİN-in
təxribatçı bəyanatına sərt reaksiyası, Fərrux zəfəri, Ermənistana
qarşı sanksiyalar ” mövzusunda aparılan müzakirələr zamanı bu
barədə ətraflı danışılıb. Verilişin qonaqları – MM-in deputatı
Ramil Həsən, hərbi ekspert Elxan Şıxəliyev və siyasi şərhçi Aydın
Quliyev mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: